Onlayn
alış-veriş saytı dedikdə almaq istədiyimiz məhsulları nisbətən aşağı qiymətlərlə, keyfiyyətinə və etibarlılığına görə tez bir zamanda ünvanımıza çatdırılması
nəzərdə tutulan bir platformadır. Azərbaycana Vipex.az kargo şirkəti tərəfindən
dünyanın bir çox ölkəsindən çatdırılma mövcuddur. Bu ölkələrə Amerika da
daxildir. Amerikanın istənilən brend mağazalarından onlayn alış-veriş etmək mümkündür.
Onlayn alış-verişi necə etməliyik?
Amerikada
və digər xarici ölkələrdə istehsal olunan məhsulların qiymətləri Azərbaycandaki
qiymətlərdən daha ucuz başa gəlir. Bu
orada istehsal olunan geyimlərin qiymətinin Azərbaycandakı satış qiymətindən fərqli olmasına gətirib çıxarır. Nəticə
etibari ilə, hər zaman onlayn alış-veriş etmək cibinizə qənaət etmənizə kömək
edəcəkdir. Ona görə də onlayn sifarişlərin
sayı getdikcə artmaqdadır. Bəs bu alış-verişləri hansı saytlardan etməliyik?
Təqdim
etdiyimiz onlayn alış-veriş saytları dünyada ən məşhur olan brend saytlardır.
Amazon-
Satış üçün kütləvi təlabat olunan onlayn alış-veriş saytı 1995-ci ildə
yaranmışdır. Hal-hazırki dövrdə minlərlə insan bu sayta məxsus olan məhsullardan
istifadə edir. Saytda müntəzəm olaraq mövsümi satışlar, bayramlara həsr olunan
endirimlər olur. Amazondan gələn məhsulların
keyfiyyəti yüksək və qiyməti isə digər saytalara nəzərən daha münasibdir.
Asos- Amerikanın ən məşhur onlayn alış-veriş saytlarından biri
olan Asosun, dünyada 713 fabrikasından istifadə edən 168 təchizatçısı vardır.
Bu təchizatçıların sayı gündən-günə artarkən artıq 23 ölkədə təchizatçıların
sayı 170-ə yaxın olmuşdur. Bundan əlavə Asos onlayn alış-veriş saytı, xalq tərəfindən
“Xalqın Seçimi” mükafatını qazanmışdır. Asosun məhsullarının çeşidli olmasına səbəb
isə 2010-cu ildə ASOS Marketplace platformasını yaratmasıdır. Hal-hazırda 700-dən
çox butikdə yerləşən, hər növdə məhsulu bu onlayn alış-veriş saytından tapa bilərsiniz.
eBay – Amerikanın digər məşhur və ən böyük onlayn alış-veriş
saytlarından biri olan eBay, 1995-ci ildə yaranmışdır. Bu onlayn sifariş saytı
istehlakçı-istehlakçı və biznes-istehlakçı satışına əsasən Kaliforniya ştatının
San Xose şəhərində yerləşən Amerikanın Koorperasiya şirkətlərindən biridir.
Sifarişçilər bu onlayn saytdan istədikləri məhsulu və ya əşyaları sifariş verə
bilərlər. Siyahılar vasitəsi ilə müxtəlif çeşidlərdən yararlanmaq mümkündür.
Ebay, hal-hazırda onlayn sifariş saytı olmaqla yanaşı bir neçə şirkətlərlə əməkdaşlıq
edərək öz saytını genişlədir.
B&H- Geyim, kosmetika və başqa məhsullardan
əlavə Amerikadan elektronika sifariş edə biləcəyiniz onlayn alış-veriş saytıdır.
Bu onlayn alış-veriş saytından yazma qurğularını, fotoçəkiliş üçün avadanlıqlar
və digər aksessuarları sifariş edə bilərsiniz. Xüsusən də bu işə yeni
başlayanlara, fotoqraf həvəskarları üçün faydalı onlayn alış-veriş saytlarından
biridir.
Beauty.com- Digər bir sayt isə onlayn gözəllik və sağlamlıq məhsulları satan onlayn alış-veriş saytıdır. Bu saytda saçlarınıza qulluq üçün şampunlar, maskalar, cürbəcür saç boyaları tapmaqla yanaşı, üz qulluğunuz üçün kremlər, skrablar, losyonlar, günəşdən qorunmaq üçün isə spf günəş qoruyucuları tapa bilərsiniz. Təbii ki, qulluqdan əlavə, makiyaj məhsullarının çeşidliyi də mövcuddur. Onlayn saytda qadın məhsullarından əlavə kişi məhsulları da vardır. Calvin Klein , DKNY , Elizabeth Arden , Kenzo kimi brendlərə və ya başqa markalara aid olan yüzlərlə məhsulları bu onlayn alış-veriş saytından tapa bilərsiniz.
Walmart- Şirkətin əsas məqsədi istədiyiniz
hər növ məhsulları buradan tapmağınızdır. Yüksək keyfiyyətə malik elektronika
(kameralar və videokameralar, iPad, iPod və MP3 pleyerlər, GPS naviqasiyası,
kompyuter və avtomobil avadanlığı) həmçinin
ev və ofis məhsulları (məişət texnikası, mebel və ev bəzəkləri, fanarlar və
qızdırıcılar, alətlər, santexnika) kimi ləvazimatları buradan tapa bilərsiniz.
Həmçinin ev heyvanları üçün əşyalar, idman və gəzinti, ovçuluq, balıqçılıq,
qolf və s. peşəkar cihazlara qədər hər
şeyi bu onlayn alış-veriş saytından əldə edə bilərsiniz. Kitab sevərlər üçün məşhur
bestsellerlərin son nəşrləri, həmçinin az tanınmış müəlliflərin nadir
kolleksiya nəşrləri də daxil olmaqla böyük bir kitabxana kataloqu mövcuddur.
Disney Store - Disney Koorperasiyası tərəfindən hazırlanmış filmlərə, cizgi
filmlərinə əsaslanan uşaq geyimləri, ayaqqabıları, aksesuarlarının mövcud
olduğu onlayn alış-veriş saytıdır. Saytda diqqət çəkən əsas məqam uşaqlar üçün
personajların tammetrajlı geyimlərinin satılmasıdır. Disney Store, uşaq geyimlərindən
əlavə böyüklər üçün sevilən filmlər və personajlar əsasında nostalji geyimlər də dizayn edib.
Carter's -
Amerikanın aparıcı uşaq geyimləri, hədiyyə və aksesuar markasıdır. Geyimlər 0-8
yaşa qədər uşaqlar üçün hazırlanır. Burada kiçik uşaqlar üçün kostyumlar, eləcə də
ayaqqabı və aksesuarlar tapa bilərsiniz. Carter`s uşaq məhsulları üçün yüksək keyfiyyəti 150 ildir ki, qoruyub saxlayır. Carter`s məhsulları dünyanın 600 onlayn alış-veriş saytlarında satılır. Bu məhsulları
ABŞ-dan sifariş etmək və bir neçə gün ərzində daha ucuz qiymətlə əldə etmək
üçün Vipex.az-ın çatdırılma xidmətindən yararlana
bilərsiniz.
Banana Republic-
1978-ci ildə Kaliforniyada yaradılmışdır. Şirkət hərbi tərzdə geyimlərin, habelə
səyahət üçün geyimlərin satışını da həyata keçirir. 1983-cü ildə Banana
Republic, Amerika şirkəti GAP tərəfindən alındı. Hal-hazırda Banana Republic-in
dünyada 500-dən çox mağazası var. Nəcib dizayn və lüks modelleri ilə olduqca səmərəli
qiymətə məhsullar təqdim edən onlayn
alış-veriş modanı daha əlçatan edir. Banana Republic, zərif əşyalar və
aksesuarlar, ayaqqabı və şəxsi qulluq məhsullarının dizaynı ilə dünyaya səs
salan bir brenddir.
Uniqlo- Hal-hazırda Uniqlo dünyada keyfiyyətinə görə tanınan Yapon brendidir. Ümumilikdə dünyada 700-dən çox mağazası vardır. Phillip Lim, Alice Roy və Jill Sander kimi məşhur dizaynerlər bu brendlərdə hər mövsümə uyğun kolleksiyaların yaradılmasında dəvamlı şəkildə işləyirlər. Bu onlayn alış-veriş saytının əsas meyarı isə son modanı aktual şəkildə izləyib, öz brendlərinə uyğun kolleksiyalar yaratmaqdır. Buna görə də Uniqlo brendində müxtəlif geyimlərə rast gələ bilərsiniz.
Türkiyədən
sifariş etdiyiniz məhsullar kimi Amerikadan da sifarişlərinizin səmərəli və
etibarlı şəkildə sizə çatmasını istəyirsinizsə, Vipex.az kargo şirkətinin
saytından qeydiyyatdan keçərək, istədiyiniz məhsulu sifariş edə bilərsiniz.