Alış-veriş edərkən məhsulların dəyəri və keyfiyyəti arasında tarazlıq qurmağa çalışırıq. Ancaq
müasir dünyada yaşam tez bir sürətlə artır və gündən-günə məhsul alışı üçün
onlayn alış-veriş edənlərin sayı çoxalır. Eyni zamanda istəklərimiz də artan təklifə
uyğunlaşır. Bəs bütün istəklərimizi necə həyata keçirə bilərik? Məhsullarımızı
tez bir zamanda, tıxaclarda və növbələrdə vaxt itirməmək üçün sifarişlərimizi
Türkiyədən və digər ölkələrədən necə sifariş edə bilərik?
Amerikanın
məşhur onlayn saytları ilə yanaşı, Türkiyənin onlayn alış-veriş saytları da son zamanlarda məşhurlaşıb. Artıq istənilən
məhsulların xarici ölkələrdən Azərbaycana
çatdırılması mövcuddur. Cari dövrdə onlayn alış-veriş saytlarından
sifarişlərin artmasına səbəb də məhz geyim, texnologiya və digər məhsulların
sifarişi zamanı cibinizə qənaətin olmasıdır.
Tutaq
ki, Türkiyənin yerli markalarından bir olan Defactonun məhsullarını Azərbaycanda
almaq istəyirsiniz. Lakin onlayn qiyməti ilə arasıdaki fərqə nəzərən artıq həmin
məhsulu mağazadan deyil, Defactonun onlayn saytından alacaqsınız. Bu onlayn alış-verişin
üstünlüyü 20-50% qənaət etməklə bərabər çatdırılma müddəti və etibarlılığının
olmasıdır.
Təbii
ki, onlayn alış-verişin etibarlı olması və tez bir müddətdə çatdırılmasına zəmanət
verən kargo şirkətləri istədiyiniz məhsulu Türkiyədən gətirirlər. Hal-hazırda
Azərbaycanda bu çatdırılma xidmətini təmin edən bir çox kargo şirkətləri var.
Onlardan keyfiyyətinə və sürətinə görə fərqlənən Vipex.az-ın Azərbaycana Türkiyədən
və Amerikadan bağlamaların çatdırılma xidməti mövcuddur.
Geyim
və məişət əşyalarından əlavə Türkiyədən Azərbaycana başqa məhsulların da
çatdırılması mövcuddur. Bunlara uşaqlar üçün məhsullar, idman vəsaitləri, kosmetika
və təmizlik, texnika və elektronika, istirahət və asudə vaxtlarınızı dəyərləndirmək
üçün oxunacaq kitablar və bunun kimi müxtəlif çeşidli məhsulların çatdırılması
Vipex.az kargo şirkəti tərəfindən həyata keçirilir.
Əgər sizin də Türkiyənin onlayn alış-veriş saytlarından sifariş etmək istədiyiniz məhsullar varsa ilk növbədə Vipex.az-ın rəsmi saytından qeydiyyatdan keçərək sifariş verə bilərsiniz. Necə sifariş vermək haqqında məlumatınız yoxdursa https://www.youtube.com/watch?v=Vs8vmCWZqPg bu linkə daxil olaraq, Türkiyədən Azərbaycana necə sifariş verəcəyinizi öyrənin.
Türkiyədən alış-veriş üçün hansı onlayn alış-veriş saytlarından istifadə olunur?
Onlayn
sifariş dediyimiz zaman ağlımıza Amerika və Türkiyə kimi keyfiyyətinə və sərfəliliyinə
görə seçilən ölkələr gəlir. Qeyd
etdiyimiz kimi Türkiyənin yerli brendlərində istehsal olunan məhsulların Azərbaycana
çatdırılması ölkəmizdə alınan məhsuldan daha aşağı qiymətə gəlib çatır.
Türkiyədən
sifariş olunan məhsullar ən çox Trendyol.com, İpekyol, Hepsiburada.com,
N11.com, Kitapyurdu.com kimi onlayn alış-veriş saytlarına aid olur.
Trendyol- Türkiyədə və Orta Asiyada ən
sürətlə inkişaf edən onlayn alış-veriş saytlarındandır. Kampaniyaları və
endirimləri sayəsində diqqətləri üzərinə cəlb edən Trendyol, hal-hazırda 16
milyondan çox üzvə sahib, 150 milyondan çox məhsul çatdırılması etmiş və ayda
90 milyon şəxs tərəfindən ziyarət edilən onlayn saytdır. Bundan əlavə 28 İyun 2018-ci il tarixində
Dünyanın ən böyük onlayn və mobil ticarət şirkətinə sahib olan Alibaba Group,
Trenyola investisiya yatırmış və əməkdaşlıq etmişdir. 9 il əvvəl qurulmasına
baxmayaraq, keyfiyyət, sürət və etibarlılığına görə seçilən qabaqcıl onlayn
alış-veriş saytlarından biridir. Sifariş olunan məhsulların çox hissəsinin bu
onlayn alış-veriş saytlarına aid olması ilə Azərbaycanda da öz məşhurluğunu və
keyfiyyətini göstərir.
İpekyol-
Trendyoldan sonra gələn Türkiyənin ən məşhur onlayn alış-veriş saytıdır. Türkiyə
daxili bölgələrə 236, ölkə xaricinə 30 mağaza sayısı ilə seçilən İpekyolun Azərbaycana sifariş
çatdırılması ilə yanaşı, digər Asiya ölkələrinə
də mövcuddur. Türkiyənin Perwoll, Clinique kimi markaları İpekyol ilə bir neçə
layihələrə imza atmışdır.
Hepsiburada.com- Türkiyənin
digər məşhur onlayn alış-veriş saytlarından biri də Hepsiburada.com-dur.
Hal-hazırda 17 mindən çox əməkdaşı vardır. Aylıq olaraq 32 milyon ziyarətçi tərəfindən
102 milyondan çox baxış sayısı var. Bu saytın
telefonlar üçün aplikasiyası isə 15 milyondan çox endirilmişdir. Əlavə olaraq,
35 kateqoriyada 20 milyondan çox məhsul çeşidliyinə sahibdir. Böyük uğurlar nəticəsində
Türkiyədə olduğu kimi Azərbaycanda da bu onlayn alış veriş saytından sifariş
verənlərin sayısı artmışdır. Vipex.az kargo şirkəti tərəfindən çatdırılan
bağlamaların bir qismi məhz bu onlayn
alış-veriş saytına aiddir.
n11.com- Türkiyənin hüquqi şəxslərə
istinadən onlayın alış-veriş platforması olan n11.com, Cənubi Koreyanın ən
böyük firmalarından olan SK Group və Doğuş Qrupunun əməkdaşı olan Doğuş
Planetin nəzdində 2013-cü ilin sonunda yaranmışdır. Qısa müddət ərzində 115
mindən çox mağazaya və 14 milyonu aşan məhsulları ilə Türkiyənin ən məşhur
alış-veriş saytlarından biri olmuşdur.
Kitapyurdu.com-Geyim və məişət əşyalarından əlavə kitab sevərlər üçün də Türkiyədən kitab sifarişləri mövcuddur. Bu sifarişlər isə daha çox Türkiyənin 200 onlayn kitab saytlarının içərisində ən məşhur olan, keyfiyyətinə və sərfəliliyinə görə seçilən Kitapyurdu.com kitab sifarişi saytıdır. Geyimdə olduğu kimi kitab sifarişində də Türkiyə sərfəliliyinə görə seçilir. Bu sayt 19 il əvvəl yaranmasına baxmayaraq gündən-günə artan üzvləri və sifarişləri sayəsində artıq Türkiyənin kitab satan brend saytlarındandır. Verilən açıqlamalara nəzərən türk dilindən əlavə bir çox dildə nəşr olunan kitabların sayı 100 mindən artıqdır. Hətta bu yaxınlarda amazon.com şirkəti ilə də əməkdaşlıq edəcəyini bildirən onlayn saytda istifadəçilərə kitablara maraq oyatmaq üçün mütəmadi olaraq endirimlər edilir. Bu endirimlər sayəsində Türkiyədə və dünyanın bir çox ölkələrində kitab sevərlərin sayı getdikcə artmaqdadır.
Kosmetika və təmizlik- Türkiyənin
onlayn kosmetika və təmizlik məhsulları
satan Sephora, Watsons , Gratis , Kozmela kimi onlayn alış-veriş
saytlarını misal göstərmək olar. İstənilən məhsulların bu saytlarda yerləşməsi
sizin daha aşağı qiymətlərlə, yüksək keyfiyyətli məhsullar almağınıza kömək
edir.
Uşaq geyimləri- Gözəllik və baxım məhsullarından
əlavə, Vipex.az kargo şirkətində uşaq geyimlərinin, oyuncaqlarının və başqa vəsaitlərinin də çatdırılması vardır.
Keyfiyyəti ilə dünyada seçilən H&M , Zara kimi markaların və Türkiyənin LC Waikiki , Penti kimi yerli brend mağazalarından uşaq geyimlərini
sifariş edə bilərsiniz.
Geyim aksesuarları- Zərif duruşu ilə geyimlərə bəzək verən geyim aksesuarlarının
sifarişi son zamanlarda daha çox dəbdədir.
Bu məhsulları Türkiyənin Yargıcı
, Zara , Patırtı.com kimi onlayn alış-veriş saytlarından
sifariş edə bilərsiniz.
Kişi geyimləri- Türkiyədən gələn sifarişlər
içərisində qadın geyimlərindən əlavə kişi geyimləri də olur. Türkiyənin kişi geyimlərini istehsal
edən yerli brendlərinə aid olan Altınyıldız , Kığılı
, Hatemoğlu, Süvari
kimi brendləri bu geyimlər üçün ən münasib onlayn alış-veriş saytlarıdır. Lakin
Vipex.az kargo şirkəti vasitəsi ilə digər ölkələr məxsus olan markalardan onlayn sifariş verə bilərsiniz. Bu
markalara daha çox Cacharel,
U.S. Polo Assn,
Puma-dan
sifarişləri aiddir.
Türkiyədən
onlayn alış-verişlərin bir digər üstünlüyü tez-tez kompaniyaların olmasıdır. Bəzi
məhsullarda kargo pulsuz yaxud da 3 alıb
1 ödəmə imkanı mövcud olur. Bu zaman endirimdə olan məhsullarınızı Vipex.az
kargo şirkəti tərəfindən sifariş edə bilərsiniz.